"FINCA Azerbaijan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib
Far.Az xəbər saytı

"FINCA Azerbaijan" BOKT-un istiqrazlarına 54 investor maraq göstərib


Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "FINCA Azerbaijan" MMC bank olmayan kredit təşkilatının (BOKT) 3 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 30 000 ədəd istiqraz kütləvi hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 54 investor 3 milyon dollarlıq 54 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 9 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirikəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
SOCAR-ın "Yaşıl istiqraz"larının tədavülə buraxılması ilə bağlı tədbir keçirilib
“International” BOKT-un istiqrazları listinqə daxil edilib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər