Tramp Ukrayna ilə bağlı danışıqların keçirildiyi Floridaya səfər edəcəyini açıqlayıb
Far.Az xəbər saytı

Tramp Ukrayna ilə bağlı danışıqların keçirildiyi Floridaya səfər edəcəyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp Floridaya səfər etməyi planlaşdırdığını bildirib.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə Ağ Evin çəmənliyində, Şimali Karolinaya uçuşdan əvvəl açıqlama verib.

Tramp orada iqtisadiyyat barədə çıxış etmək niyyətindədir. Bu, Mayamidə Ukrayna ilə bağlı yeni danışıqlar raundu ərəfəsində baş tutacaq.

"Biz qısa müddətə Floridaya gedirik, əsasən, işlə bağlı. Çoxlu görüşlərimiz planlaşdırılıb", – Tramp qeyd edib.

Onun sözlərinə görə, səfər zamanı sığorta şirkətləri ilə məsələlərin müzakirəsi də nəzərdə tutulur.

"Biz sığorta şirkətləri ilə danışmaq və onların tariflərini əhəmiyyətli dərəcədə azalda bilib-bilməyəcəyimizi görmək istəyirik. Əgər bunu edə bilməsək, sadəcə insanlara birbaşa ödəyəcəyik. Onlar özləri özlərinə tibbi sığorta alacaqlar", - deyə ABŞ Prezidenti əlavə edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər