Türkiyə BMT-də Sudana humanitar yardım çağırışı edib
Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Ahmet Yıldız Sudanda hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi zorakılıqları qətiyyətlə pisləyib və bölgəyə təcili humanitar yardım çağırışı edib.
Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.
Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Sudana həsr olunmuş iclasında iştirak edən A.Yıldız həmin ölkədəki son hadisələri qiymətləndirib.
"Çevik Dəstək Qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən vəhşilikləri qətiyyətlə qınayırıq və ziyana məruz qalmış ərazilərə təcili giriş tələb edirik", - Yıldız deyib.
O, Sudanı dünyanın ən böyük köçkün böhranı ilə üzləşən kimi xarakterizə edib. Yıldız Türkiyənin Faşer və Kordofan bölgələrində baş verən son hadisələrdən dərindən kədərləndiyini bildirib.
A.Yıldız həmçinin 13 dekabrda Cənubi Kordofanın Kadugli şəhərində BMT-nin təhlükəsizlik qüvvələrinin logistika bazasına edilən, 6 sülhməramlı əsgərin ölümünə və 8 hərbi quluqçunun yaralanması ilə nəticələnən hücumu da pisləyib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva qəzada HƏLAK OLDU
-
Dövlət Departamenti Danimarkaya 951 milyon dollara "hava-hava" raketlərinin satışını təsdiqləyib
-
İlham Əliyev 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması ilə bağlı paylaşım edib
-
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub - YENİLƏNİB-5
-
Dəmir yollarından ŞAD XƏBƏR - 7 ədəd yeni...
-
Amnistiya aktı probasiya üzə 10 mindən artıq şəxsə tətbiq olunacaq













