Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi saxlanılıb
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Qriqol Liluaşvili Baş Prokurorluqda dindirilmək üçün çağırılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Liluaşvili jurnalistlərə açıqlamasında hansı konkret cinayət işi üzrə ifadə verməyə dəvət olunduğunu bilmədiyini deyib.
Dindirilmədən sonra onun cavabdeh statusu ala bilib-bilməyəcəyi ilə bağlı suala isə Liluaşvili belə cavab verib: "Hər şey Allahın iradəsidir".
Bir qədər sonra Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze Prokurorluqda keçirilən brifinqdə Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvilinin saxlanıldığını açıqlayıb.
Baş prokurorun sözlərinə görə, Liluaşvili dindirilmək üçün prokurorluğa gəlib və istintaq hərəkətləri hazırda davam etdirilir. Saxlanılmanın hansı maddə üzrə həyata keçirildiyi barədə əlavə məlumat verilməyib.
Oxşar xəbərlər
BŞİH: Qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb, hər bir rayona cavabdeh şəxs təyin edib
Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda beynəlxalq konfrans keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva qəzada HƏLAK OLDU
-
Dövlət Departamenti Danimarkaya 951 milyon dollara "hava-hava" raketlərinin satışını təsdiqləyib
-
İlham Əliyev 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması ilə bağlı paylaşım edib
-
BP "Qarabağ" yatağında seysmik kəşfiyyat işlərinə başlayıb
-
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub - YENİLƏNİB-5
-
Dəmir yollarından ŞAD XƏBƏR - 7 ədəd yeni...













