BMTM və XİN-in birgə təşkilatçılığı ilə media təlimi keçirilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Cənubi Qafqazın yeni sülh arxitekturası, regional diplomatiya və media savadlılığı" mövzusunda təlim keçirilib.
"Far.Az" xəbər verir ki, 2025-ci il həm Azərbaycan, həm də Cənubi Qafqaz regionu üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş" layihəsinin paraflanması, həmçinin ATƏT-in Minsk Prosesi və əlaqədar strukturların bağlanması ölkəmizin təşəbbüsü ilə başlanan sülh prosesinin məntiqli və uğurlu nəticəsi kimi qiymətləndirilir.
Eyni zamanda, Azərbaycanın ardıcıl və prinsipial diplomatiyası nəticəsində 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə ölkəyə qarşı qərəzli mövqe sərgiləyən bəzi dövlətlər artıq yaranmış yeni geosiyasi reallıqları qəbul edir, bu reallıqlarla hesablaşır və Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq niyyətindədir.
XİN və BMTM-nin birgə təşkil etdiyi təlimin əsas məqsədi bu proseslər və onların beynəlxalq siyasi əhəmiyyəti barədə media nümayəndələrinin peşəkar və analitik hazırlıq səviyyəsinin artırılmasına töhfə verməkdir.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev açılış nitqində bildirib ki, artıq üçüncü ildir ki, xarici siyasət sahəsində media təlimlərinin təşkili bu istiqamət üzrə ixtisaslaşan jurnalistlərin məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir. Onun sözlərinə görə, media nümayəndələrinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi milli maraqlarımızın beynəlxalq müstəvidə düzgün və obyektiv şəkildə işıqlandırılması üçün vacibdir.
Birinci hissədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə "8 Avqust: Vaşinqtonda Azərbaycan-Ermənistan sülh müqaviləsinin paraflanması və Cənubi Qafqazda sülhün təmini istiqamətində növbəti addımlar", BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev "Azərbaycan-Türk Dövlətləri Təşkilatı (TDT) münasibətləri: Ermənistanla davam edən sülh prosesi çərçivəsində", XİN-in Təhlil və Strateji Araşdırmalar İdarəsinin rəisi Şahin Şahyarov "Cənubi Qafqazda formalaşmış yeni geosiyasi vəziyyətdə Azərbaycan Respublikasının rolu və qonşu dövlətlər ilə münasibətləri" mövzularında təlim keçiblər.
İkinci hissədə BMTM-in şöbə müdiri Vasif Hüseynov "Vaşinqton görüşündən sonra Azərbaycan-ABŞ və Azərbaycan-Fransa münasibətlərində yeni mərhələ, Aİ-nin Cənubi Qafqazdakı rolunun yenidən qiymətləndirilməsi", BMTM-in aparıcı məsləhətçisi Sultan Zahidov "Azərbaycanın xarici siyasətində Asiya istiqaməti: C6, AQEM və digər formatlar çərçivəsində əməkdaşlıq perspektivləri" mövzularında təlim iştirakçılarını məlumatlandırıblar.
Daha sonra, təlim iştirakçılarının sualları cavablandırılıb.
Təlimdə 19 media təmsilçisi iştirak edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib
-
Fransa DİN rəhbəri: Paris yaxınlığında baş verən atışma terror aktıdır - Yenilənib
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
-
Ucarda "Aqrar Biznes" və "I Çəltik" festivalı keçirilib - Yenilənib













