Azərbaycan İdman Veteranları İctimai Birliyinin 2025-ci il üzrə yekun hesabat tədbiri keçirilib
Azərbaycan İdman Akademiyasının akt zalında Azərbaycan İdman Veteranları İctimai Birliyinin 2025-ci il üzrə yekun hesabat tədbiri keçirilib.
Milli Olimpiya Komitəsindən (MOK) "Far.Az"a verilən məlumata görə, tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, qurumun baş katibi Azər Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, millət vəkili Könül Nurullayeva, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları, idman veteranları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, veteranlar Azərbaycan idmanının formalaşmasında və inkişafında mühüm rol oynayır, onların zəngin təcrübəsinin gənc nəslə ötürülməsi isə dövlətin idman siyasətinin əsas prioritetlərindəndir.
Qeyd olunub ki, Azərbaycan İdman Veteranları İctimai Birliyi son dövrdə fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirib və qarşıdakı illərdə daha böyük layihələrin həyata keçirilməsini qarşıya məqsəd qoyub.
Tədbirin sonunda il ərzində fərqlənən federasiyalara və idman veteranlarına təşəkkürnamə və fəxri fərmanlar təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













