Hakim vəzifəsinə təyin edilən prokurorluq işçiləri ilə görüş keçirilib
Far.Az xəbər saytı

Hakim vəzifəsinə təyin edilən prokurorluq işçiləri ilə görüş keçirilib


Baş prokurorun birinci müavini Elçin Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunan Zəfər Ramazanovu, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin olunan Vüqar Məhərrəmovu və Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilən Elvin Teymurzadəni qəbul edib.

Bu barədə "Far.Az"a Baş Prokurorluqdan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Elçin Məmmədov müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində ölkədə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğunlaşdırıldığını diqqətə çatdırıb.

Qəbul zamanı Zəfər Ramazanov, Vüqar Məhərrəmov və Elvin Teymur-zadəyə Baş prokuror Kamran Əliyev tərəfindən qüsursuz fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlərə görə təltif olunduqları Prokurorluğun Fəxri fərmanları təqdim edilib.

Onlar prokurorluq orqanlarında qazandıqları zəngin bilik və təcrübənin gələcək hakimlik fəaliyyətlərində qanunun aliliyinin təmin olunmasına, ədalətli və obyektiv məhkəmə qərarlarının qəbuluna mühüm töhfə verəcəyini vurğulayaraq, üzərlərinə düşən məsuliyyətin fərqində olduqlarını, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər