İlham Əliyev Formula 1-in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, Formula 1-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.
"Far.Az" xəbər verir ki, Formula 1-in növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu yarışların Azərbaycanın dünyada daha çox tanıdılması baxımından ildən-ilə böyük rol oynadığını qeyd etdi.
Dövlətimizin başçısı Formula 1-in Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə Stefano Domenikaliyə və Flavio Briatoreyə minnətdarlığını bildirdi.
Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparıldı. Formula 1-in Azərbaycanda avtomobil idmanının inkişafı sahəsinə verdiyi töhfələr də vurğulandı. Həmçinin ölkəmizdə kartinqin inkişafı məsələlərinə toxunuldu.
Görüşdə COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd edildi, ekologiya sahəsində davamlılıq məsələsində də Formula 1-in daha fəal olmasının önəmi vurğulandı.
Dövlətimizin başçısı qonaqları COP29 tədbirində iştiraka dəvət etdi.
Bakının inkişafının onda dərin təəssürat hissi yaratdığını deyən Naomi Kempbell paytaxtda şahidi olduğu müasir infrastrukturu, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzini məmnunluqla qeyd etdi.
Britaniyalı supermodel ölkəmizdə modanın inkişafına töhfə və azərbaycanlı dizaynerlərin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də “Formula 1”in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, “Formula 1”in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.
“Far.Az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - YENİLƏNİB-2
İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək
-
İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq













