"Instagram" bir ayda Azərbaycandakı bazar payının 22 %-ni itirib
Far.Az xəbər saytı

"Instagram" bir ayda Azərbaycandakı bazar payının 22 %-ni itirib


Ötən ilin dekabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Instagram"ın payı 36,04 % (noyabrda 46,23 %, 1 il əvvəl 47,09 %) təşkil edib.

"Far.Az"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 10,19 faiz bəndi, 2024-cü ilin dekabr ayı ilə müqayisədə 11,05 faiz bəndi azdır.

Beləliklə onun bazar payı ay ərzində 22 % azalıb.

İkinci pillədə qərarlaşan "YouTube"un bazar payı ay ərzində 2,41 faiz bəndi azalaraq, il ərzində isə 18,66 faiz bəndi artaraq 28,63 % (bir ay əvvəl 31,04 %, bir il öncə isə 9,97 % olub) təşkil edib.

Növbəti yerdəki "Facebook"un bazar payı ay ərzində 6,79 faiz bəndi, illik isə 1,44 faiz bəndi artaraq 17,47 % (noyabrda 10,68 %, 2024-cü ilin dekabr ayında isə 16,03 % olub) təşkil edib.

Dördüncü pillədəki "Pinterest"in bazar payı aylıq 3,08 faiz bəndi artaraq, illik müqayisədə isə 8,13 faiz bəndi azalaraq 8,78 % (müvafiq olaraq 5,7 % və 16,91 %) təşkil edib.

İlk beşliyi 4,01 %-lik (bir ay əvvəl 4,46 %, bir il öncə isə 6,66 % olub) bazar payı ilə "X" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,45 faiz bəndi, illik müqayisədə isə 2,65 faiz bəndi azalıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Xiaomi" Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib
Azərbaycanda mobil cihazların bazar payı son altı ayda 53 % azalıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda mobil cihazlarda "Android"in payı son 6 ayda 13 % azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər