Azərbaycanın güləş millisi baş məşqçisi ilə yollarını ayırıb
Far.Az xəbər saytı

Azərbaycanın güləş millisi baş məşqçisi ilə yollarını ayırıb


Azərbaycanın yunan-Roma güləşi üzrə millisi baş məşqçi Aleksandr Tarakanovla yollarını ayırıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) "Far.Az"a verilən məlumata görə, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılaşma əsasında başa çatıb.

AGF rusiyalı mütəxəssisə Azərbaycan güləşinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayından baş məşqçi vəzifəsində çalışan A.Tarakanovun rəhbərliyi altında milli komanda 2 dəfə Avropa və 2 dəfə dünya çempionu olmaqla yanaşı, Tokio-2020 və Paris-2024 Olimpiya Oyunlarında 1 bürünc medal qazanıb.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər