Azərbaycanın 31 cüdoçusu Avstriyada beynəlxalq toplanışa qatılıb
Far.Az xəbər saytı

Azərbaycanın 31 cüdoçusu Avstriyada beynəlxalq toplanışa qatılıb


Kişi və qadın cüdoçulardan ibarət Azərbaycan millisi Avstriyanın Mitterzill şəhərində beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Azərbaycan Cüdo Federasiyasından (ACF) "Far.Az"a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya Təlim Düşərgəsinə ACF-nin vitse-prezidenti Elnur Məmmədli, kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif də yollanıb.

Azərbaycanın 31 cüdoçusu (9 qadın və 22 kişi) toplanışda iştirak edir.

Dünyanın ən böyük və nüfuzlu təlim düşərgəsinə 50 ölkədən 900-dən çox idmançı qatılıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB
Azərbaycanın cüdo millilərinin məşqçi heyəti gücləndirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər