"Mançester Yunayted" Ueyn Runinin oğluna qadağa qoyub
İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu Ueyn Runinin oğlu Kay Runi komandada tətbiq edilən xüsusi qayda səbəbindən qadağa ilə üzləşib.
"Report" "Mirror"a istinadən xəbər verir ki, bu barədə keçmiş futbolçu podkastlardan birinə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda "qırmızı şeytanlar"ın akademiyasında çıxış edən 16 yaşlı Runi yaxın gələcəkdə klubla ilk peşəkar müqaviləsini imzalamağa hazırlaşmasına baxmayaraq Mançester təmsilçisinin daxili siyasətinə görə bəzi məhdudiyyətlərlə qarşılaşıb.
Belə ki, Kayın əməkdaşlıq etdiyi məşhur brendlərdən biri ilə kommersiya müqaviləsi olmasına baxmayaraq, ona klubun U-16 komandasının oyunlarında həmin şirkətin butslarını geyinmək qadağan edilib. Ueyn Runi bu addımın akademiyadakı sosial bərabərliyi qorumaq üçün atdıldığını və qoyulan qaydanı çox bəyəndiyini söyləyib.
Qeyd edək ki, K.Runi 11 yaşından "Mançester Yunayted"in sistemindədir və 12 yaşında geyim məşhur brendlərdən biri ilə reklam müqaviləsi imzalayıb. Atası kimi hücumçu mövqeyində çıxış edən gənc futbolçu solaxay olması ilə seçilir.
U.Runi "Mançester Yunayted"in tarixində 253 qolla ən yaxşı bombardirdir.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var
-
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
-
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
-
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
-
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
-
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib













