Yaşar Bəşirov: "İdmançılarımız Gürcüstandakı yarışa ciddi hazırlaşıblar"
Tbilisidə keçirilən "Karate 1 – Premier League" yarışına Azərbaycan yığması ciddi hazırlaşıb.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyasının idarə heyətinin üzvü Yaşar Bəşirov jurnalistlərə müsahibəsində bildirib.
Y.Bəşirov qeyd edib ki, bu yarışda qazanılan reytinq xalları gələcəkdə yüksək səviyyəli yarışlarda iştirak hüququ qazanmaq üçün çox önəmlidir.
"İdmançılarımız bu yarışa ciddi hazırlaşıblar. Onlar yaxşı başa düşürlər ki, bu yarış A kateqoriyalı (A Seriya) turnirdir. Burada qazanılan reytinq xalları gələcəkdə yüksəksəviyyəli yarışlarda, o cümlədən 32-lik adlanan turnirdə iştirak hüququ qazanmaq üçün çox önəmlidir. Bundan sonra idmançılarımız, həmçinin dünya və Avropa çempionatlarında da inamla çıxış edə biləcəklər. Karate sahəsində güclü idmançılarımız yetişir. Onlar yaxın gələcəkdə ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacaq və beynəlxalq turnirlərdə Azərbaycan bayrağını zirvələrə qaldıracaqlar", - deyə o əlavə edib.
Qeyd edək ki, Dünya Karate Federasiyasının (WKF) rəsmi təqviminə daxil olan və reytinq xalları verən bu nüfuzlu yarışda 60-dan çox ölkənin idmançıları iştirak edir. Azərbaycan 20 karateçi və iki məşqçi ilə təmsil olunur.
Oxşar xəbərlər
Yaşar Bəşirov: İdmançılarımız Gürcüstandakı yarışa ciddi hazırlaşıblar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













