Fransalı motosikletçi yarış zamanı qəzada ölüb
Far.Az xəbər saytı

Fransalı motosikletçi yarış zamanı qəzada ölüb


Fransalı motosikletçi Rafael Şole "Gurp TT" yarışı zamanı baş verən qəzada aldığı xəsarətlərdən vəfat edib.

"Report" "Lille Actu" nəşrinə istinadən xəbər verir ki, digər iştirakçılardan biri Şoleni vurub və o, motosikletdən yıxılıb.

Hadisə ilə əlaqədar yarış dərhal dayandırılıb. Ağır vəziyyətdə helikopterlə xəstəxanaya çatdırılan idmançının həyatını xilas etmək mümkün olmayıb.

21 yaşlı motosikletçi ardıcıl ikinci il idi ki, qum traslarında Fransa çempionatında iştirak edirdi.

Qeyd edək ki, bu, ölkədə təşkil olunan yarışlarda baş verən ilk faciəvi hadisə deyil. 2019-cu ildə La-Boss-de-Bretandakı yarışda 23 yaşlı Boris Prüdom həyatını itirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər