Mənəvi Dəyərlərin Təbliği Fondunun builki xərclər smetasının layihəsi təsdiq edilib
Far.Az xəbər saytı

Mənəvi Dəyərlərin Təbliği Fondunun builki xərclər smetasının layihəsi təsdiq edilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun 2026-cı il üzrə nəzərdə tutulan xərclər smetasının layihəsi qəbul edilib.

"Far.Az" xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclasında xərclər smetası layihəsinin məqsədyönlülük və səmərəlilik prinsipləri əsasında formalaşdırıldığı diqqətə çatdırılıb. Bu xərclər mənəvi dəyərlərin təbliği, dini maarifləndirmə işlərinin gücləndirilməsi, eləcə də din xadimlərinin sosial rifahının yaxşılaşdırılmasını nəzərdə tutur.

Eyni zamanda, iclasda cari il din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsi də qərara alınıb. Bu addımın ölkədə sağlam dini mühitin qorunması və möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, bu istiqamətdə görülən işlərin müsbət nəticələr verdiyi bildirilib.

Yekunda Mənəvi Dəyərlərin Təbliği Fondunun 2026-cı il üzrə xərclər smetası layihəsinin təsdiqlənməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməsi qərara alınıb.

Xatırladaq ki, iclasda Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, üzvləri isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və "Far.Az" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev iştirak ediblər.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər