Ev almaq, yoxsa tikdirmək daha ucuz başa gəlir? - VACİB AÇIQLAMA
"Əgər söhbət geniş sahəli, villa tipli və xüsusi dizaynlı fərdi yaşayış evlərindən gedirsə, bu halda evin sıfırdan tikdirilməsi daha məqsədəuyğun sayılır".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədri əlavə edib ki, belə evlərdə insan öz zövqünə uyğun planlama, istifadə olunacaq materialların keyfiyyəti və texniki detallar üzərində birbaşa nəzarət imkanı əldə edir: "Bunun üçün əvvəlcə torpaq sahəsi alınır, daha sonra isə layihə və təsdiqlənmiş plan əsasında tikinti aparılır.
Lakin kiçik sahəli həyət evləri – xüsusilə də bazarda "makler evləri" və ya hazır paket kimi təqdim olunan tikililər kontekstində vəziyyət bir qədər fərqlidir. Bu halda hazır ev almaqla tikdirmək arasında qiymət fərqi ciddi ola bilər. Çünki vətəndaş evi özü tikdirdikdə, materialların pərakəndə qiymətlə alınması, ustalarla ayrıca razılaşmalar və prosesin idarə olunması yekunda əlavə xərclərə səbəb ola bilir.
Digər tərəfdən, tikinti şirkətləri və bu sahədə daimi fəaliyyət göstərən briqadalar materialları topdan və daha ucuz qiymətə əldə etdiklərinə, həmçinin eyni işçi heyəti ilə işlədiklərinə görə evi nisbətən aşağı maya dəyəri ilə inşa edə bilirlər. Bu səbəbdən, vətəndaşın fərdi şəkildə tikinti aparması çox zaman düşündüyündən baha başa gəlir".
Vüqar Oruc həmçinin deyib ki, əgər vətəndaşın tikinti sahəsində təcrübəsi, prosesi izləmək üçün vaxtı və texniki bilikləri varsa, evi özünün təşkil etməsi həm daha ucuz, həm də daha keyfiyyətli nəticə verə bilər:
"Çünki bazarda fəaliyyət göstərən bəzi tikinti qrupları maksimum qazanc əldə etmək üçün ucuz materiallara və zəif işçi qüvvəsinə üstünlük verir. Bu isə gələcəkdə təhlükəsizlik, dayanıqlıq və keyfiyyət problemlərinə yol aça bilər.
Məhz buna görə də iki optimal seçim mövcuddur:
ya etibarlı, təcrübəli və keyfiyyəti ilə tanınan şirkətlərə müraciət etmək,
ya da bütün prosesi vətəndaşın özünün birbaşa nəzarət etdiyi fərdi tikinti modeli.
Hazır evlərə gəldikdə isə, əgər alıcının xüsusi dizayn tələbləri, fərqli planlama istəyi yoxdursa, bazarda artıq tikilmiş evlərin alınması daha sərfəli ola bilər. Xüsusilə də nəzərə alsaq ki, bir neçə il əvvəl tikilmiş evlər indiki inşaat materiallarının bahalaşması fonunda yeni tikililərlə müqayisədə daha ucuz qiymətə təklif olunur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərs və iş saatlarını dəyişmək Bakıda SIXLIĞI AZALDA bilər - EKSPERT
-
Azərbaycanda internetin sürəti ilə bağlı YENİ XƏBƏR
-
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
-
Vüqar Qurbanovun vəsifəsini müvəqqəti olaraq Anar İsrafilov icra edəcək
-
Komitədə iclas keçirildi - Yas mərasimlərində israfçılıq məsələsi müzakirə olundu
-
Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb













