Dini Komitənin sədri Misir Prezidenti ilə görüşdə iştirak edib
Misir Prezidenti Əbdülfəttah əs-Sisi "İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı beynəlxalq konfransda iştirakçılarını qəbul edib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov da görüşdə iştirak edib.
Bu barədə "Report"a qurumdan məlumat verilib.
Misir Prezidenti bildirib ki, bu tədbir ekstremist ideologiyalara qarşı mübarizədə vahid yanaşmaların formalaşdırılmasına, dini qurumların cəmiyyətin sabitliyi və təhlükəsizliyinin təminində rolunun gücləndirilməsinə xidmət edir. Prezident konfransı müasir çağırışlar fonunda dini təbliğatda rəqəmsal vasitələrin imkanlarının müzakirəsi üçün mühüm platforma kimi qiymətləndirib.
Əbdülfəttah əs-Sisi konfrans çərçivəsində aparılan müzakirələrin İslam dünyasının nüfuzunun artırılmasına, alimlərin yetişdirilməsinə və İslamın düzgün anlaşılmasının təşviqinə xidmət etdiyini bildirib.
Qeyd edək ki, 60 ölkədən 185 qonağın qatıldığı beynəlxalq konfransın məqsədi ekstremist ideologiyalara qarşı vahid strategiyalar hazırlamaq, dini qurumların cəmiyyətin sabitliyinin təminində rolunu müzakirə etmək və müasir təşviqatda rəqəmsal vasitələrdən istifadə yollarını araşdırmaq olub.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
-
Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib
-
Fransa DİN rəhbəri: Paris yaxınlığında baş verən atışma terror aktıdır - Yenilənib
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
-
Ucarda "Aqrar Biznes" və "I Çəltik" festivalı keçirilib - Yenilənib













