"Mançester Yunayted" Kazemironun komandadan ayrılacağını açıqlayıb
Far.Az xəbər saytı

"Mançester Yunayted" Kazemironun komandadan ayrılacağını açıqlayıb


İngiltərə təmsilçisi "Mançester Yunayted" yarımmüdafiəçisi Kazemironun yayadək olan müqaviləsi başa çatdıqdan sonra komandadan ayrılacağını açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu "qırmızı şeytanlar"ın heyətində dörd mövsüm çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 146 oyuna çıxaraq 21 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Kazemiro "Mançester Yunayted"lə birlikdə FA Kubokunu və Liqa Kubokunu qazanıb.

Qeyd edək ki, Kazemiro karyerası ərzində "Mançester Yunayted"dən əvvəl "Real" (Madrid İspaniya), "Portu" (Portuqaliya) və "San Paulo" (Braziliya) klublarında da forma geyinib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər