Heyvan bazarları açılır, ətin qiyməti niyə UCUZLAŞMIR?
Azərbaycanda bir müddət əvvəl heyvan bazarlarının bağlanması ət bazarında ciddi qiymət artımına səbəb olmuşdu.
Far.Az-in məlumatına görə, aradan bir neçə ay keçməsinə baxmayaraq, bəzi heyvan bazarları artıq fəaliyyətini bərpa etsə də, ətin qiymətində ucuzlaşma müşahidə olunmur. Bu vəziyyət isə ən çox alıcıların narazılığına səbəb olur.
Bazarlar bağlanmazdan əvvəl mal əti pərakəndə satışda 16-16,50 manat arasında təklif olunurdu. Lakin heyvan bazarlarının fəaliyyətinin dayandırılmasından sonra qiymətlər 17,50 manata qədər yüksəldi. Hazırda da bazarda eyni qiymət qorunub saxlanılır.
Daha baha olan quzu əti isə hazırda 20 manata satılır ki, bu da bir çox ailənin gündəlik alış-verişini çətinləşdirir.
Maraqlıdır ki, yerli ətin baha qalmasına baxmayaraq, bazarda xaricdən idxal olunan ətlər daha ucuz qiymətə təklif olunur. Belə ki, bəzi satış nöqtələrində idxal ətlərinin 12-14 manat aralığında satıldığı müşahidə edilir. Bu isə alıcıları seçim qarşısında qoyur: bahalı yerli ət, yoxsa daha ucuz idxal məhsulu.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Far.Az-in sorğusuna cavab olaraq bildirib ki, hazırda Azərbaycana bir sıra ölkələrdən heyvan əti idxal olunur:
"Ölkəyə Monqolustan, Ukrayna, Braziliya, Belarus, Argentina, Hindistan, Gürcüstan, Rusiya, eləcə də digər dövlətlərdən müxtəlif növ ət məhsulları gətirilir. Bu məhsullar müvafiq nəzarət prosedurlarından keçdikdən sonra daxili bazara buraxılır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilib
-
Komitədə iclas keçirildi - Yas mərasimlərində israfçılıq məsələsi müzakirə olundu
-
Lionel Messinin "İnter Mayami"yə keçidi klubun gəlirlərini dörd dəfə artırıb
-
KİV: ABŞ İranla ölkənin mineral ehtiyatlarına çıxışını müzakirə edə bilər
-
Litvanın Aİ Şurasına sədrliyi dövründə prioritetləri bəlli olub
-
Kanada dünyanın 40 ölkəsi ilə Trampa qarşı birləşir













