Giorgi Volski: ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri Vaşinqtonun regionda dəstəklədiyi layihələrlə bağlıdır
Far.Az xəbər saytı

Giorgi Volski: ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri Vaşinqtonun regionda dəstəklədiyi layihələrlə bağlıdır


ABŞ vitse-prezidentinin Azərbaycan və Ermənistana səfəri Vaşinqtonun regionda dəstəklədiyi layihələrlə bağlıdır.

"Far.Az"un yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin birinci vitse-spikeri Giorgi Volski ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycan və Ermənistana planlaşdırılan səfərini Vaşinqtonun Cənubi Qafqazda iqtisadi, maliyyə və ticarət layihələrinə verdiyi töhfələrlə əlaqələndirib.

Volski bildirib ki, ABŞ-nin regionda artan fəallığı və iqtisadi layihələrə dəstəyi Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır.

O həmçinin vurğulayıb ki, Gürcüstan Cənubi Qafqazda aparıcı rol oynayan ölkələrdən biri olaraq qalır və regionda baş verən müsbət proseslər Tbilisi tərəfindən müsbət qiymətləndirilir.

Volskinin sözlərinə görə, nəqliyyat və dəhlizlərin inkişafı baxımından Gürcüstan hələ də əsas investisiya məkanlarından biridir və bu, həm Azərbaycan, həm də regionda marağı olan digər beynəlxalq oyunçular üçün cəlbedici olaraq qalır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər