Zelenski: Əbu-Dabidəki danışıqlar konstruktiv olub
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidəki danışıqları konstruktiv adlandırıb. O qeyd edib ki, müzakirələrdə əsas diqqət müharibənin dayandırılmasının mümkün parametrlərinə yönəlib.
"Report" xəbər verir ki, o, bu barədə öz teleqram kanalında yazıb.
"Nümayəndə heyətimizin məruzəsi oldu: Əmirliklərdəki görüşlər başa çatdı. Bu, kifayət qədər uzun müddətdən sonra ilk belə format idi – iki günlük üçtərəfli görüşlər. Çox məsələləri müzakirə etməyə macal tapdıq və danışıqların konstruktiv keçməsi vacibdir", - o yazıb.
O dəqiqləşdirib ki, danışıqlar həmçinin üç ölkənin hərbi rəsmilərinin iştirakı ilə keçib: "Bizim tərəfdən bu gün Rüstəm Umerov, Kirill Budanov, Andrey Qnatov, David Araxamiya, Sergey Kislitsa, Vadim Skibitski iştirak ediblər. Amerika tərəfindən Stiv Uitkoff, Cared Kuşner, Den Driskoll, Aleks Qrinkeviç, Coş Qruenbaum olublar. Rusiya tərəfindən isə hərbi kəşfiyyat və ordu nümayəndələri olub".
Onun sözlərinə görə, Amerika tərəfi Rusiya-Ukrayna müharibəsinin yekunlaşması ilə bağlı mümkün yolları və bunun üçün lazım olan təhlükəsizlik şərtlərini qabardıb: "Müharibənin dayandırılması prosesinin və real təhlükəsizliyin təmin edilməsində Amerikanın monitorinqi və nəzarətinin zəruriliyi barədə anlayışın mövcudluğunu yüksək qiymətləndirirəm".
Zelenski həmçinin qeyd edib ki, hərbçilər gələcək görüşlərdə müzakirə ediləcək məsələlərin siyahısını müəyyən ediblər. "İrəliləyiş şərti ilə Ukrayna buna hazırdır və növbəti görüşlər keçiriləcək. Çox güman ki, növbəti həftə danışıqlar davam etdiriləcək. Qayıtdıqdan sonra nümayəndə heyətinin məruzəsini gözləyirəm".
Oxşar xəbərlər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeniyetmənin ölümünə görə transgenderə - 15 il həbs verildi
-
ADY bu tarixlərdə qatarların qrafikini DƏYİŞƏCƏK
-
Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK
-
Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır
-
Emin Əmrullayev: Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir
-
Pakistanın Əfqanıstan ərazisinə hücumları nəticəsində ölənlər var













