Dövlət Komitəsinin sədri Qobustandakı dini ibadət yerlərinin fəaliyyəti ilə tanış olub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qobustan şəhərində yerləşən "Cümə" və "Heydər" məscidlərini, həmçinin "Diri Baba" türbəsini ziyarət edib.
"Far.Az" xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, dini ibadət yerlərində yaradılmış şəraitlə tanış olan Ramin Məmmədov din xadimləri ilə görüşlər zamanı ölkədə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsinin cəmiyyətin sabit inkişafında mühüm rol oynadığını qeyd edib.
O, dini müxtəlifliyin düzgün təbliğinin cəmiyyətdə ayrı-seçkilik və qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınmasında vacib amil olduğunu deyərək maarifləndirici layihələr, o cümlədən dini qurumlarla əməkdaşlığın gücləndirilməsinin zəruriliyinə toxunub.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, din xadimləri insanların mənəvi tərbiyəsində və milli-mənəvi dəyərlərin aşılanmasında xüsusi məsuliyyət daşıyırlar. İbadət evlərinə müntəzəm səfərlərin əsas məqsədi onların fəaliyyəti ilə yerində tanış olmaq, həmçinin qarşıda duran prioritetlər barədə fikir mübadiləsi aparmaqdır.
Din xadimləri Azərbaycan dövlətinin tolerantlıq və multikulturalizm siyasətinin cəmiyyətin bütün təbəqələri, o cümlədən dini icmalar tərəfindən dəstəkləndiyini, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə həyata keçirilən tədbirlərdə bundan sonra da fəal iştirak etməyə hazır olduqlarını diqqətə çatdırıblar.
Oxşar xəbərlər
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
Ağ Ev: Trampla birlikdə Çinə iri biznes nümayəndə heyəti gedəcək
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Tramp bildirib ki, İran artıq ABŞ-ni ələ salmayacaq













