ABŞ-də olimpiya çempionu avtomobili təhlükəli idarə etdiyinə görə saxlanılıb
Far.Az xəbər saytı

ABŞ-də olimpiya çempionu avtomobili təhlükəli idarə etdiyinə görə saxlanılıb


Amerikalı olimpiya çempionu Şakarri Riçardson avtomobili təhlükəli idarə etdiyinə görə saxlanılıb.

"Report" TMZ-yə istinadən xəbər verir ki, hadisə yanvarın 29-da baş verib.

Atlet avtomobili saatda 160 kilometrdən yüksək sürətlə idarə edib, digər nəqliyyat vasitələrinə təhlükəli dərəcədə yaxınlaşıb və ötmə əməliyyatları üçün davamlı olaraq ayırıcı zolaqları kəsib.

Hazırda nəzarətdə saxlanılan 25 yaşlı idmançıya qarşı təhlükəli sürücülük ittihamı irəli sürülüb. Riçardsonu 30 günədək həbs və 500 dollar cərimə gözləyir.

Qeyd edək ki, 4x100 metr məsafəyə estafet qaçışında olimpiya çempionu olmuş atlet 2021-ci ildə marixuana testinin müsbət çıxması səbəbindən ABŞ Antidopinq Agentliyi (USADA) tərəfindən diskvalifikasiya edilmiş və nəticədə Tokio-2020 Yay Olimpiya Oyunlarını qatılmamışdı.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər