Xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib
Far.Az xəbər saytı

Xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib


Qış İdman Növləri Federasiyasının dəstəyi və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə uşaqlar arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.

"Far.Az" xəbər verir ki, sayca dördüncü dəfə təşkil olunan turnirin ilk günündə 6–8, 9–12 və 13–17 yaş kateqoriyalarını əhatə edən 80-ə yaxın gənc xizək həvəskarı "Nəhəng slalom" növü üzrə mübarizə aparıblar.

Yarışın nəticələrinə əsasən, 6–8 yaş kateqoriyasında qızlar arasında Nurlana Abdulova, oğlanların mübarizəsində isə Muron Anatşov birinci olublar.

9–12 yaşlı idmançıların çıxışlarında Zarina Vəliyeva və Mehdi Haktari fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

13–17 yaş kateqoriyasında isə Lyudmila Podqornaya və Amin Şıxov ən yüksək nəticəni göstəriblər.

Turnirin yekununda qaliblər "Şahdağ" Turizm Mərkəzi tərəfindən kubok və medallarla mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd ölkədə xizək idmanın təşviqi, uşaqlar arasında bu sahəyə marağın artırılması, eləcə də "Şahdağ" Turizm Mərkəzinin beynəlxalq idman yarışlarının təşkili üzrə təcrübəsinin genişləndirilməsidir.

Böyüklər arasında Heydər Əliyev Kuboku fevralın 1-də keçiriləcək.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər