Bugün
Türkiyə üçün yardım toplama məntəqələrinin sayının artırılması təklif olunur Türkiyə üçün yardım toplama məntəqələrinin sayının artırılması təklif olunur
TANAP Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək fəaliyyətini fasiləsiz davam etdirir TANAP Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək fəaliyyətini fasiləsiz davam etdirir
Ərdoğan zəlzələ bölgəsinə gedib Ərdoğan zəlzələ bölgəsinə gedib
Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü
Azərbaycanda ötən il 5 qadın sahibkara qrant verilib Azərbaycanda ötən il 5 qadın sahibkara qrant verilib
Türkiyədə zəlzələdə ölənlərin sayı 7 108-ə çatıb, 40 910 nəfər yaralanıb - YENİLƏNİB-2 Türkiyədə zəlzələdə ölənlərin sayı 7 108-ə çatıb, 40 910 nəfər yaralanıb - YENİLƏNİB-2
Serj Sarqsyan Seyran Ohanyanın cinayət işi üzrə dindirilib Serj Sarqsyan Seyran Ohanyanın cinayət işi üzrə dindirilib
Türkiyəyə yardım məqsədi ilə qeydiyyatdan keçən Azərbaycan sahibkarlarının sayı 1 milyonu ötüb Türkiyəyə yardım məqsədi ilə qeydiyyatdan keçən Azərbaycan sahibkarlarının sayı 1 milyonu ötüb
İskəndərun limanında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir İskəndərun limanında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir
AFAD Türkiyədə ikinci əl yardımların qəbul olunmadığını elan edib AFAD Türkiyədə ikinci əl yardımların qəbul olunmadığını elan edib

25-01-2023, 12:57 24

“Metsamor” AES-in bölgə üçün potensial təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edilib “Metsamor” AES-in bölgə üçün potensial təhlükəsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edilib Ermənistanda texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının (AES) hazırda da fəaliyyət göstərməsi yalnız Azərbaycan və Erməni

"Ermənistanda texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının (AES) hazırda da fəaliyyət göstərməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükə mənbəyidir. Bu isə o deməkdir ki, regionun hər bir ölkəsi Çernobıl və Yaponiyanın Fukuşima AES-lərinin aqibətini yaşamaq riski ilə üz-üzədirlər".

"Report" xəbər verir ki, bu sözlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına növbəti dəfə ünvanladığı müraciətdə öz əksini tapıb.

Qeyd edilib ki, müxtəlif beynəlxalq təşkilatların və atom sahəsi üzrə mütəxəssislərin artıq istismar müddəti bitmiş “Metsamor” AES-i “bütün bölgə üçün təhlükə” adlandıraraq xəbərdarlıq etmələrinə baxmayaraq, Ermənistan nəinki stansiyanın fəaliyyətini dayandırmır, əksinə onun fəaliyyəti 2026-cı ilə və ondan sonrakı müddətə uzadılıb.

"Yeri gəlmişkən, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin (Aİ Komissiyasının) Ermənistan üzrə tərəfdaşlığın implementasiyası haqqında 2022-ci il 17 may tarixli hesabatında da qeyd edilmişdir ki, “Metsamor” AES nüvə təhlükəsizliyi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş standartlara tam cavab verəcək formada təkmilləşdirilə bilməz və buna görə də onun bağlanması və təhlükəsiz şəkildə istismardan çıxarılması tələb olunur", - Azərbaycan Ombudsmanının müraciətində vurğulanıb.

Qeyd edək ki, müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"

Biznes

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"
KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"

Biznes

KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"

KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"
Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq

Futbol

Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq

Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq
“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib

Futbol

“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib

“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB

Region

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB
Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb

Biznes

Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb

Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb
Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib

Energetika

Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib

Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib
Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

Region

Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb