Bugün
Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü
Azərbaycanda ötən il 5 qadın sahibkara qrant verilib Azərbaycanda ötən il 5 qadın sahibkara qrant verilib
Türkiyədə zəlzələdə ölənlərin sayı 7 108-ə çatıb, 40 910 nəfər yaralanıb - YENİLƏNİB-2 Türkiyədə zəlzələdə ölənlərin sayı 7 108-ə çatıb, 40 910 nəfər yaralanıb - YENİLƏNİB-2
Serj Sarqsyan Seyran Ohanyanın cinayət işi üzrə dindirilib Serj Sarqsyan Seyran Ohanyanın cinayət işi üzrə dindirilib
Türkiyəyə yardım məqsədi ilə qeydiyyatdan keçən Azərbaycan sahibkarlarının sayı 1 milyonu ötüb Türkiyəyə yardım məqsədi ilə qeydiyyatdan keçən Azərbaycan sahibkarlarının sayı 1 milyonu ötüb
İskəndərun limanında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir İskəndərun limanında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir
AFAD Türkiyədə ikinci əl yardımların qəbul olunmadığını elan edib AFAD Türkiyədə ikinci əl yardımların qəbul olunmadığını elan edib
Rusiya XİN: “Türkiyədə qaz habının və digər infrastrukturların yaradılması layihəsi üçün heç bir təhlükə yoxdur” Rusiya XİN: “Türkiyədə qaz habının və digər infrastrukturların yaradılması layihəsi üçün heç bir təhlükə yoxdur”
Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var" Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"
KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir" KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"

25-01-2023, 13:57 25

850 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 1230 IMEI koda “klon” statusu verilib 850 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 1230 IMEI koda “klon” statusu verilib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlar

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirlərini davam etdirir.

Bununla bağlı “AzInTelecom”un mütəxəssisləri mütəmadi monitorinq apararaq surətinin köçürülməsi şübhəsi olan IMEI kodları üzrə ətraflı araşdırma aparır. Nəticədə, surətinin köçürüldüyü aşkarlanan IMEI koduna “klon” statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodunun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edir.

Bu istiqamətdə mübarizə tədbirləri çərçivəsində bu günədək 1230 IMEI koduna “klon” statusu verilib. Həmin IMEI kodları son üç ayda 855 722 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bu IMEI kodları ilə 120 min dəfədən çox şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.

Surətinin köçürülməsi şübhəsi olan 79 IMEI kodu ilə bağlı vətəndaşlardan poçt məntəqələrinə daxil olan müraciətlər araşdırılıb. 21 müraciət nömrə dəyişilməsi ilə bağlı olduğu üçün analitik qrupun müsbət rəyi ilə sistemdə təsdiq olunub, 56 müraciət əsassız olduğu üçün etiraz cavabı verilib, 2 müraciət üzrə araşdırma davam etdirilir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman fiziki şəxsin şəxsi istehlakı üçün ölkəyə gətirdiyi mobil cihazın bazar qiymətinə uyğun olaraq dövlət rüsumunu ödəməsi nəzərdə tutulur.

Bəzi dələduzlar isə dövlət rüsumunu ödəməmək üçün daha öncə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətini yeni telefonlara köçürürlər. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə qarşılaşır.

Bu cür hallarla qarşılaşmamaq, aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar.

Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib daha sonra portala daxil olaraq “IMEI yoxlama” xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodunu daxil edib “Yoxla” düyməsinə klik edərək telefonun IMEI koduna “klon” statusu verilib-verilmədiyini öyrənmək olar.

Əgər cihazın IMEI nömrəsi köçürülübsə, ekranda “Cihazın istifadəsi məhdudlaşdırılıb. Surəti köçürülüb, yalnız müəyyən nömrələrlə istifadəsinə icazə verilib” mesajı görünəcək. Bu halda istifadəçilərə məsələnin həlli üçün “Azərpoçt” MMC-nin şöbələrinə müraciət etmələri tövsiyə olunur.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"

Biznes

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"
KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"

Biznes

KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"

KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"
Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq

Futbol

Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq

Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq
“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib

Futbol

“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib

“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB

Region

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB
Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb

Biznes

Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb

Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb
Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib

Energetika

Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib

Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib
Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

Region

Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb