Bugün
Azərbaycan və Moldova neft-qaz sahəsində əməkdaşlığı genişləndirir Azərbaycan və Moldova neft-qaz sahəsində əməkdaşlığı genişləndirir
Kadri Simson: "Azərbaycan Aİ-nin qaz bazarını sabitləşdirəcək" Kadri Simson: "Azərbaycan Aİ-nin qaz bazarını sabitləşdirəcək"
Nazir: "SGC Məşvərət Şurasının tarixində ən böyük iclası keçirildi" Nazir: "SGC Məşvərət Şurasının tarixində ən böyük iclası keçirildi"
​​​​​​​Kadri Simson: "Aİ enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır" ​​​​​​​Kadri Simson: "Aİ enerji sektorunda Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır"
BP-nin vitse-prezidenti: “Azərbaycanda yeni qaz ehtiyatları barədə əldə edilən məlumatlar ümidverici görünür” BP-nin vitse-prezidenti: “Azərbaycanda yeni qaz ehtiyatları barədə əldə edilən məlumatlar ümidverici görünür”
Fuad Nəcəfli: "Naxçıvanda dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkarlanıb" Fuad Nəcəfli: "Naxçıvanda dövlət satınalmaları sahəsində ciddi nöqsanlar aşkarlanıb"
“WindEurope” külək enerjisi komponentlərinin Azərbaycan və Avropa mənbələrindən əldə edilməsi imkanlarını araşdıracaq “WindEurope” külək enerjisi komponentlərinin Azərbaycan və Avropa mənbələrindən əldə edilməsi imkanlarını araşdıracaq
Pərviz Şahbazov: “Qaz tədarükünün artırılması region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir” Pərviz Şahbazov: “Qaz tədarükünün artırılması region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir”
Azərbaycan Metrologiya İnstitutunda 20 yeni laboratoriya yaradılacaq Azərbaycan Metrologiya İnstitutunda 20 yeni laboratoriya yaradılacaq
Pərviz Şahbazov: "Azərbaycan bu il istehsal edəcəyi qazın yarısını ixrac edəcək" Pərviz Şahbazov: "Azərbaycan bu il istehsal edəcəyi qazın yarısını ixrac edəcək"

25-01-2023, 15:57 269

Bakıda Holokost qurbanları anılıb Bakıda Holokost qurbanları anılıb Yanvarın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə Holokost qurbanlarının xat

Yanvarın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə Holokost qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə "Report"a Mərkəzin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə əvvəlcə Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla deyib ki, Holokost qurbanlarının anım günü, sadəcə, insanların anım günü kimi qeyd edilmir, həmçinin onların birlik, bərabərlik, yüksəliş günüdür:

"Holokost qurbanları həyatlarını boş yerə qurban vermədilər. Onlar insanlıq naminə qurban getdilər. Azərbaycan-İsrail münasibətləri bu gün düşmənlərimizin gözləri götürməyəcək qədər güclüdür. Biz bu birliyin gələcəkdə çox xeyrini görəcəyik".

BBMM-in icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, Holokost qurbanlarının xatirəsinin yad etmək üçün hər il Mərkəz tərəfindən tədbirlər təşkil olunur. O söyləyib ki, Holokost yalnız bir xalqın faciəsi deyil, eyni zamanda, insanın insana edə biləcəyi ən böyük cinayətdir. "Biz soyqırımından, ayrı-seçkilikdən, deportasiyadan dərs çıxararaq daha gözəl gələcəyə addım atmalıyıq. Ölkəmizdəki yəhudilər min illərlə Azərbaycan xalqı ilə birlikdə sülh şəraitində yaşayırlar”.

İsrailin ölkəmizdəki səfiri Corc Dik isə deyib ki, yəhudi nifrəti hələ də mövcuddur və bu nifrət əvvəlkindən daha qəddar, daha kəskin formadadır. Təəssüf ki, 75 il bundan qabaq yəhudilər öz ölkələrindən qovulsalar da, yəhudi nifrəti hələ də kəskin şəkildə qalmaqdadır.

Səfir bildirib ki, Azərbaycan bütün xalqların, eləcə də yəhudilərin sülh şəraitində, heç bir problem olmadan yaşadığı ölkədir. Onun sözlərinə görə, burada hər hansı ravvin heç bir narahatlıq keçirmədən, sərbəst şəkildə gəzə bilər. Onlar hətta Bakı küçələrində gəzərkən özlərini Avropanın ən məşhur paytaxtlarından belə təhlükəsizlikdə hiss edirlər.

Tədbirdə daha sonra elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, gürcü yəhudiləri icması sədrinin müavini Moisey Bekker çıxış edərək bildiriblər ki, Holokost tarixin, sadəcə, qanlı səhifəsi deyil, eyni zamanda, kimliyin insanlığın əlindən alınmasıdır.

Vurğulanıb ki, Holokost zamanı 6 milyondan çox yəhudi qırğına məruz qalıb. Onların 1,5 milyonu uşaqlar olub. Qeyd edilib ki, Holokostun unudulmaması insanlıq üçün çox vacibdir, ən vacibi isə Holokostun tarixinin gələcək nəsillərə ötürülməsidir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin göstərişi ilə bu yaxınlarda İsraildə Azərbaycanın səfirliyi açılıb. Bu, İsrail-Azərbaycan əməkdaşlığının daha da yaxşılaşmasına mühüm töhfədir.

Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Qərbi Azərbaycan Xronikası: Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı

Region

Qərbi Azərbaycan Xronikası: Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı

Qərbi Azərbaycan Xronikası: Səhər bir, axşam bir söz deyən Paşinyanın gizli planı
Sabah Azərbaycanın 27 kəndində qaz təchizatında fasilə yaranacaq

Energetika

Sabah Azərbaycanın 27 kəndində qaz təchizatında fasilə yaranacaq

Sabah Azərbaycanın 27 kəndində qaz təchizatında fasilə yaranacaq
Azərbaycan Aİ ilə investisiyaların prioritetləşdirilməsini müzakirə edib

Biznes

Azərbaycan Aİ ilə investisiyaların prioritetləşdirilməsini müzakirə edib

Azərbaycan Aİ ilə investisiyaların prioritetləşdirilməsini müzakirə edib
“ACWA Power” Azərbaycanda külək stansiyasının tikintisini sürətləndirəcək

Energetika

“ACWA Power” Azərbaycanda külək stansiyasının tikintisini sürətləndirəcək

“ACWA Power” Azərbaycanda külək stansiyasının tikintisini sürətləndirəcək
Azərbaycandakı külək elektrik stansiyası layihəsinin icra vəziyyəti müzakirə edilib

Energetika

Azərbaycandakı külək elektrik stansiyası layihəsinin icra vəziyyəti müzakirə edilib

Azərbaycandakı külək elektrik stansiyası layihəsinin icra vəziyyəti müzakirə edilib
İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edib

Biznes

İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edib

İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edib
Əlcəzair millisinin yeni baş məşqçisi müəyyənləşib

Futbol

Əlcəzair millisinin yeni baş məşqçisi müəyyənləşib

Əlcəzair millisinin yeni baş məşqçisi müəyyənləşib
Yüksək Liqa: "Araz-Naxçıvan" rəqibini darmadağın edib

Futbol

Yüksək Liqa: "Araz-Naxçıvan" rəqibini darmadağın edib

Yüksək Liqa: "Araz-Naxçıvan" rəqibini darmadağın edib