Bugün
JTI şirkəti 9 il ardıcıl olaraq “Qlobal Aparıcı İşəgötürən” mükafatına layiq görülür JTI şirkəti 9 il ardıcıl olaraq “Qlobal Aparıcı İşəgötürən” mükafatına layiq görülür
Ermənistanın XİN başçısı: "Rusiya ilə fikir ayrılıqlarımız var" Ermənistanın XİN başçısı: "Rusiya ilə fikir ayrılıqlarımız var"
Ekspert: “TAP-ın ötürücülük qabiliyyətinin artırılması Aİ-nin qaz ehtiyaclarını ödəməyə kömək edəcək" Ekspert: “TAP-ın ötürücülük qabiliyyətinin artırılması Aİ-nin qaz ehtiyaclarını ödəməyə kömək edəcək"
Türkiyədə zəlzələdə ölənlərin sayı 8574-ə çatıb, 49 133 nəfər yaralanıb - YENİLƏNİB-3 Türkiyədə zəlzələdə ölənlərin sayı 8574-ə çatıb, 49 133 nəfər yaralanıb - YENİLƏNİB-3
Volodimir Zelenski Böyük Britaniyaya gedib Volodimir Zelenski Böyük Britaniyaya gedib
Türkiyə üçün yardım toplama məntəqələrinin sayının artırılması təklif olunur Türkiyə üçün yardım toplama məntəqələrinin sayının artırılması təklif olunur
TANAP Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək fəaliyyətini fasiləsiz davam etdirir TANAP Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək fəaliyyətini fasiləsiz davam etdirir
Ərdoğan zəlzələ bölgəsinə gedib Ərdoğan zəlzələ bölgəsinə gedib
Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü
Azərbaycanda ötən il 5 qadın sahibkara qrant verilib Azərbaycanda ötən il 5 qadın sahibkara qrant verilib

25-01-2023, 17:57 46

İtaliya-Azərbaycan Universitetinin ilk magistr proqramlarının təqdimatı keçirilib İtaliya-Azərbaycan Universitetinin ilk magistr proqramlarının təqdimatı keçirilib ADA Universitetində İtaliya-Azərbaycan Universitetinin İtaliya universitetləri ilə əməkdaşlıq çərçivəsində təklif etdiyi ilk magistr proqramlarının təqdimatı ke

ADA Universitetində İtaliya-Azərbaycan Universitetinin İtaliya universitetləri ilə əməkdaşlıq çərçivəsində təklif etdiyi ilk magistr proqramlarının təqdimatı keçirilib.

"Far.Az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADA Universitetinin rektoru Hafiz Paşayev bu gün universitetin tarixində yeni səhifə açıldığını qeyd edib.

“Yeni universitet ADA-nın davamıdır. İki yeni fakültə yaradılacaq, onlardan biri memarlıq və dizayndır. Axı işğaldan azad edilmiş ərazilərin bərpası üçün bu istiqamətlərdə istedadlı gənclərə ehtiyac var”, - o vurğulayıb.

Onun sözlərinə görə, ikincisi kənd təsərrüfatı fakültəsidir, çünki bu sahə Azərbaycanda ikinci ən böyük sahədir: “Tələbələrimiz də doktorluq dərəcəsi almaq üçün İtaliyadakı tərəfdaş universitetlərə göndəriləcək. Artıq bu istiqamətdə işlərə başlamışıq, 10 namizəd seçmişik”.

Tədbirdə çıxış edən Bolonya Universitetinin prorektoru Raffealla Kampaner yeni açılan ixtisaslarla bağlı təbriklərini çatdırıb. O bildirib ki, İtaliya-Azərbaycan Universiteti həm Bolonya Universiteti, həm də iki ölkə arasındakı münasibətlər üçün əhəmiyyət kəsb edir.

“Layihə çərçivəsində Bolonya Universiteti ilə əməkdaşlığa kənd təsərrüfatı və qida elmi fakültəsinin yaradılması, birgə tədris və araşdırma layihələri, akademik və inzibati heyət üçün təlimlər, mədəniyyətlərin inteqrasiyasına yönəlik layihələr daxildir. Bu layihələrin həyata keçirilməsi üçün Bolonya Universiteti böyük təcrübəyə malik olduğu “sahədən süfrəyə” modelindən yararlanacaq. Hazırda magistr pilləsində təklif olunan ixtisas Qida sistemi üzrə menecment adlanır və növbəti akademik ildən tədris olunacaq. Proqramın məqsədi kənd təsərrüfatı və qida sənayesi üzrə gələcək menecerlər, mütəxəssislər və sahibkarlar hazırlamaqdır”, - prorektor deyib. 
 
Luiss Universitetinin prorektoru Raffaele Marketti İtaliya mədəniyyətinin fərdi yanaşma üzərində qurulduğundan bəhs edib.

“Qlobal idarəçilik və siyasət ixtisası politologiya, beynəlxalq münasibətlər və menecment sahələrini bir araya gətirən çoxşaxəli (ixtisaslararası) proqramdır. Proqramın məqsədi qlobal siyasəti və biznesin idarə olunması, həmçinin milli konteksti uzlaşdırmağı nəzərdə tutan, rəqabətədavamlı “Made in Azerbaijan” keyfiyyət nişanının formalaşmasını, idarə edilməsini və təşviqini tədris etməkdir. Tələbələr bu ixtisasın bir hissəsi olaraq Roma şəhərində “Made in Italy” mövzusunda yay məktəbində iştirak edərək, tanınmış İtaliya şirkətlərinin nümayəndələri ilə görüşmək imkanı əldə edəcəklər”, - R.Marketti bildirib.

Xatırladaq ki, ötən ilin aprelində Bakıda İtaliya-Azərbaycan Universitetinin təməli qoyulub.

Layihənin həyata keçirilməsində ADA Universiteti, həmçinin İtaliyanın 5 universiteti – Boloniya Universiteti, Milan Universiteti, Turin Politexnik Universiteti, Sapienza Universiteti və LUISS Universiteti iştirak edir.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"

Biznes

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"
KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"

Biznes

KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"

KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"
Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq

Futbol

Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq

Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq
“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib

Futbol

“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib

“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB

Region

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB
Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb

Biznes

Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb

Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb
Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib

Energetika

Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib

Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib
Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

Region

Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb