Bugün
JTI şirkəti 9 il ardıcıl olaraq “Qlobal Aparıcı İşəgötürən” mükafatına layiq görülür JTI şirkəti 9 il ardıcıl olaraq “Qlobal Aparıcı İşəgötürən” mükafatına layiq görülür
Ermənistanın XİN başçısı: "Rusiya ilə fikir ayrılıqlarımız var" Ermənistanın XİN başçısı: "Rusiya ilə fikir ayrılıqlarımız var"
Ekspert: “TAP-ın ötürücülük qabiliyyətinin artırılması Aİ-nin qaz ehtiyaclarını ödəməyə kömək edəcək" Ekspert: “TAP-ın ötürücülük qabiliyyətinin artırılması Aİ-nin qaz ehtiyaclarını ödəməyə kömək edəcək"
Türkiyədə zəlzələdə ölənlərin sayı 8574-ə çatıb, 49 133 nəfər yaralanıb - YENİLƏNİB-3 Türkiyədə zəlzələdə ölənlərin sayı 8574-ə çatıb, 49 133 nəfər yaralanıb - YENİLƏNİB-3
Volodimir Zelenski Böyük Britaniyaya gedib Volodimir Zelenski Böyük Britaniyaya gedib
Türkiyə üçün yardım toplama məntəqələrinin sayının artırılması təklif olunur Türkiyə üçün yardım toplama məntəqələrinin sayının artırılması təklif olunur
TANAP Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək fəaliyyətini fasiləsiz davam etdirir TANAP Türkiyədə baş verən zəlzələ ilə bağlı dəstək fəaliyyətini fasiləsiz davam etdirir
Ərdoğan zəlzələ bölgəsinə gedib Ərdoğan zəlzələ bölgəsinə gedib
Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü
Azərbaycanda ötən il 5 qadın sahibkara qrant verilib Azərbaycanda ötən il 5 qadın sahibkara qrant verilib

26-01-2023, 00:57 56

Avropa Şurasının mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi keçirilir  Avropa Şurasının mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi keçirilir  Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropa auditoriyasında tan

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılıq sənəti və məktəblərinin Avropa auditoriyasında tanıdılması məqsədilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi və “Azərxalça” ASC tərəfindən Avropa Şurasının mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi təşkil edilib.

“Far.Az”un yerli bürosu xəbər verir ki, sərgi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü il 23-27 yanvar tarixlərində keçirilən qış yarım sessiyasını əhatə etməklə, 23 yanvar – 3 fevral tarixləri arasında keçirilir. Burada Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərini ehtiva etməklə xalça nümunələri və xüsusi zövqlə çəkilmiş fotolar sərgilənir, habelə mutlimedia vasitəsi ilə xalçaçılıq sənəti ilə bağlı görüntülər nümayiş etdirilir, Heydər Əliyev Fondu tərəfindən çap edilmiş Azərbaycanın tarixi xalçaçılıq məktəblərini tanıdan və təbliğ edən kitablar təqdim edilir.

Sərginin rəsmi açılış mərasimi 25 yanvar tarixində – ölkəmizin Avropa Şurasına üzvlüyünün 22-ci ildönümündə baş tutub. Tədbirdə Avropa Şurasının Baş katibi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri, Avropa Şurası Katibliyinin yüksək vəzifəli əməkdaşları, Strasburqdakı diplomatik korpusun nümayəndələri, AŞPA üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış çıxışında Azərbaycanın təşkilat yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov ilk olaraq 2001-ci yanvarın 25-də Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağının Ümummilli lider Heydər Əliyevin iştirakı ilə təşkilatın mənzil qərargahı qarşısında qaldırıldığını xatırladıb. Üzvlüyümüzün ötən 22 ilinə nəzər salan F.İsmayılov bu müddətdə çoxsaylı uğurların əldə edildiyini vurğulamaqla yanaşı, müxtəlif illərdə Avropa Şurası ilə münasibətlərdə enişli-yoxuşlu dövrlərin də olduğunu qeyd edib. O, hər bir halda bu gün Azərbaycan Respublikasının Avropanın demokratik millətlər ailəsinə mənsub olduğunu və Avropanın multikultural kimliyinə öz dəyərli töhfələrini verdiyini söyləyib.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç çıxış edərək, sərgidə nümayiş etdirilən xalçaların bənzərsiz və canlı xüsusiyyətlərə məxsus olduğunu, ənənələrə əsaslanan bu sənətin yüksək qiymətləndirildiyini və onun qorunmalı olduğunu bildirib. O, Avropa Şurasının “müxtəliflikdə birlik” anlayışı ilə mədəniyyət sahəsinə böyük önəm verdiyini söyləyib. Azərbaycanın təşkilata üzvlüyünün 22-ci ildönümü münasibəti ilə təbrik edən Baş katib ölkəmizin qurumun çox sayda konvensiyasına qoşulduğunu xatırladıb. Təşkilatın rəhbəri Azərbaycanın həmişə mədəniyyətlərarası dialoqa xüsusi əhəmiyyət verdiyini vurğulayaraq, bu sahədə ölkəmizin xüsusi rolunu qeyd edib.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Emin Məmmədov çıxış edərək, rəhbərlik etdiyi “Azərxalça”nın tarixindən söz açıb. Bildirib ki, ötən əsrin birinci yarısından fəaliyyət göstərən “Azərxalça” 2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yenidən strukturlaşdırılıb. O, xalqımızın zəngin və nadir mədəni irsi olan xalçaçılıq sənəti haqqında danışaraq, nəsildən-nəslə ötürülməsinin əhəmiyyətindən söz açıb. Sonra natiq xalçaçılıq üzrə mövcud müxtəlif məktəblərindən bəhs edərək, “Azərxalça”nın əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub-saxlanılması və bu sənətin daha da inkişaf etdirilməsi olduğunu qeyd edib. Nadir xalçaların ərsəyə gəlməsində yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə əməkdaşlıq çərçivəsində ənənəvi xalçalara istinadla müasir xalçalar yaradıldığını və beləliklə, xalça sənətinin daim inkişaf etdiyini diqqətə çatdırıb. O, “Azərxalça”da dünyada nadir sənət əsərləri sayılan xalçaların toxunduğunu xüsusi söyləyib.

Açılış mərasimində Bakı xalçaçılıq məktəbinə məxsus bir xalça Avropa Şurasına hədiyyə edilib.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"

Biznes

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"

Orxan Məmmədov: "Sosial-iqtisadi inkişafı gücləndirilməsi üçün qadınların geniş potensialı var"
KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"

Biznes

KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"

KOBİA: "Sosial sahibkarlığın inkişafı üçün dövlət dəstək mexanizmləri genişlənməlidir"
Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq

Futbol

Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq

Futzal çempionatlarında oyunların yeri dəyişdirilib, matçlar bir dəqiqəlik sükutla başlayacaq
“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib

Futbol

“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib

“Gent”in “Qarabağ”la ilk oyununun proqramı müəyyənləşib
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB

Region

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 6957-yə çatıb, 38 224 nəfər yaralanıb - YENİLƏNİB
Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb

Biznes

Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb

Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu çərçivəsində iki sənəd imzalanıb
Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib

Energetika

Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib

Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib
Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

Region

Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb