Rauf Məmmədov: "Azərbaycan çempionatında gənc və potensiallı şahmatçılar çoxluq təşkil edir"
Azərbaycan çempionatında gənc və potensiallı şahmatçılar çoxluq təşkil edir.
Bunu "Far.Az"a açıqlamasında azərbaycanlı qrosmeyster Rauf Məmmədov deyib.
O, şahmat üzrə Azərbaycan çempionatının açılış mərasiminin ardından jurnalistlərə açıqlamasında yarışla bağlı fikirlərini bölüşüb:
"Mənim özüm ilk dəfə Azərbaycan çempionatına qatılarkən 15 yaşım var idi və çempion olmuşdum. Ona görə bu dəfəki ölkə çempionatında da sürpriz nəticələr ola bilər. İndiki cavanlar çox güclü mübarizə aparırlar. Mən sizə deyim ki, 30 nəfər iştirakçının hər biri çempionluğa namizəddir. Təcrübəli qrosmeysterlə gənc şahmatçıların qarşılaşması maraqlı mübarizə deməkdir".
Qeyd edək ki, Azərbaycan çempionatına 46 şahmatçı qatılacaq. Turnir 6-22 fevral aralığında təşkil olunacaq. Kişi şahmatçılarda 30, qadınlarda isə 16 iştirakçı mübarizə aparacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Azərbaycanlı qadın şahmat hakimi: "İdman fasilə sevmir, daim məşq və davamlılıq tələb edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













