Azərbaycanlı paralimpiya çempionunun həyat yoldaşı milliyə cəlb olunur
Far.Az xəbər saytı

Azərbaycanlı paralimpiya çempionunun həyat yoldaşı milliyə cəlb olunur


Azərbaycanın paralimpiya çempionu Lamiyə Vəliyevanın həyat yoldaşı Tembo Cona milliyə cəlb olunması üçün müsbət cavab verilməsi mümkündür.

BAKU.WS xəbər verir ki, bu barədə report-a Azərbaycan Atletika Federasiyasından (AAF) bildirilib.

Qurumdan vurğulanıb ki, əslən Cənubi Afrika Respublikasından olan idmançı AAF-nin təşkilatçılığı ilə keçirilən müxtəlif yarışlarda klub təmsilçisi kimi iştirak edir və hazırda milli komandanın üzvü deyil:

"İdmançı tərəfindən Azərbaycanı təmsil etmək istəyi ilə bağlı müraciət daxil olub. Məsələ milli komandanın məşqçiləri tərəfindən müzakirə edilib və bunun əsasında müəyyən normativlər müəyyənləşdirilib. Tembo Con həmin normativləri yerinə yetirərsə, onun ölkəmizi təmsil etmək istəyinə müsbət cavab verilməsi mümkündür".

Xatırladaq ki, Lamiyə Vəliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında 400 metr, Paris-2024 paralimpiadasında 100 metr məsafəyə qaçışda qızıl medal qazanıb.

Tembo Con yanvarın 30-da Bakıda keçirilmiş Beynəlxalq qış turnirində 60 metr məsafəyə qaçışda çempion olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanlı paralimpiya çempionunun həyat yoldaşı milliyə cəlb olunur - EKSKLÜZİV
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər