"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk günü bir qızıl, bir bürünc medalla başa vurublar - YENİLƏNİB
Far.Az xəbər saytı

"Böyük Dəbilqə": Azərbaycan cüdoçuları ilk günü bir qızıl, bir bürünc medalla başa vurublar - YENİLƏNİB


Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.

"Report"un məlumatına görə, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.

Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb.

Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Azərbaycanın cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.

"Report"un məlumatına görə, buna Balabəy Ağayev (60 kq) nail olub.

27 yaşlı idmançı finalda ukraynalı Dilşot Xalmatova qalib gəlib.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb
Azərbaycan cüdoçuları Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər