Federasiya prezidenti "Böyük Dəbilqə"də medal qazanan cüdoçuları təbrik edib
Far.Az xəbər saytı

Federasiya prezidenti "Böyük Dəbilqə"də medal qazanan cüdoçuları təbrik edib


Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə medal qazanmış cüdoçuları təbrik edib.

"Far.Az" xəbər verir ki, R. Nəbiyev bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Balabəy Ağayev qızıl, Ruslan Paşayev isə bürünc medal qazanıb. Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, sabah tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram", - federasiya rəhbəri bildirib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirinin ilk gününü bir qızıl və bir bürünc olmaqla, iki medalla başa vurublar.

Oxşar xəbərlər

Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Azərbaycan cüdoçuları Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər