Dini Komitənin sədri: İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur
Far.Az xəbər saytı

Dini Komitənin sədri: İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur


İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur.

"Far.Az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şuşa şəhərində keçirilən "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminarın bağlanış nitqində vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan modeli əsrlər boyu formalaşan multikulturalizm və dinlərarası dialoq modelidir:

"Bu təhdidlərə media nümayəndələri və cəmiyyət cavab vermək iqtidarındadır. Amma bu prosesi təkmilləşdirməyə ehtiyac var. Dövlətin siyasəti bu sahədə çox sadədir. Dinimizi də sadə və rahatlıqla qəbul etsək, dini radikalizm yaranmaz. Biz din xadimləri üçün də seminar keçirəcəyik və onların media ilə əlaqələrinin sıxlaşmasına çalışacağıq".

Oxşar xəbərlər

Ramin Məmmədov: İlahiyyat İnstitutunun qadın məzunları ölkədə dini təhsilə mühüm töhfələr veriblər
Şuşada müzakirə: Dini radikalizmlə mübarizədə ən effektiv üsul maarifləndirmədir
Dövlət Komitəsinin sədri Moskvada keçirilən Beynəlxalq Müsəlman Forumunda çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ramin Məmmədov Misirdə bir sıra görüşlər keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər