Lənkəranda ahıl şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb
Far.Az xəbər saytı

Lənkəranda ahıl şəxslərin təqaüd kartlarını talayan şəxs saxlanılıb


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Coşqun Hüseynovu saxlayıblar.

Far.Az xəbər verir ki, araşdırmalarla məlum olub ki, C. Hüseynov bankomatların yaxınlığında dayanaraq kömək üçün ona müraciət edən yaşlı şəxslərin kartlarını alıb, onlara içində vəsait olmayan başqa kartlar qaytarıb.

Daha sonra isə o, əldə etdiyi kartlardakı vəsaiti nağdlaşdırıb.

C. Hüseynov bu üsulla 6 təqaüdçünün ümumilikdə 2389 manatını ələ keçirib. Faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər