Beyləqanda yeni doğulan körpənin ölümünün ilkin səbəbi açıqlanıb - YENİLƏNİB
Beyləqan rayonunda yeni doğulan körpə dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı səbəbindən ölüb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, hamiləliyinin 39-cu həftəsində olan pasiyentdə təbii doğuş prosesi icra edilib. Körpənin çəkisi 4100 qr, boyu 53 sm. olub. Doğuşdan sonra yenidoğulmuşa dəqiqləşdirilməmiş tənəffüs çatışmamazlığı diaqnozu təyin olunub. Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq fevralın 9-da saat 12:00 radələrində yenidoğulmuşun bioloji ölüm faktı qeydə alınıb.
Hadisə ilə əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
Beyləqan rayonunda yeni doğulan körpənin ölümü qeydə alınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Birinci Şahsevən kənd sakini 30 yaşlı Ülviyyə Musa qızı Əliyeva Beyləqan Rayon Mərkəzi Xəstəxanasına doğuş səbəbilə daxil olub.
Onun dünyaya gətirdiyi oğlan uşağı doğuşdan sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













