Bakı aeroportunda "birka" əməliyyatı: Kanalları dəyişdirən sərnişin özünü ələ verdi
Far.Az xəbər saytı

Bakı aeroportunda "birka" əməliyyatı: Kanalları dəyişdirən sərnişin özünü ələ verdi


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçiləri ölkə ərazisinə qanunsuz yollarla xəz dəri məhsullarının keçirilməsi cəhdinin qarşısını alıblar.

BAKU.WS xəbər verir ki, bu hadisə ilə əlaqədar Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Pekin-Bakı marşrutu ilə uçan təyyarədə gələn Azərbaycan vətəndaşı əvvəlki səfərindən qalmış əl yükü birkalarını saxlayaraq gömrük əməkdaşlarını yanıltmağa çalışıb.

O, çantalarını baqaj yükü kimi təqdim etməklə guya yüklərin artıq yoxlanışdan keçdiyi təəssüratını yaratmağa və "Yaşıl kanal"dan istifadə edərək gömrük zonasından çıxmağa cəhd göstərib. Lakin gömrük əməkdaşı tərəfindən sərnişin "Qırmızı kanal"a istiqamətləndirilib. Rentgen aparatı vasitəsilə yüklərə baxış keçirilərkən monitorda şübhəli görüntülər qeydə alınıb.

Həyata keçirilən yoxlama nəticəsində həmin şəxsə məxsus çamadan və sellofan torbanın içindən gömrük orqanlarına bəyan olunmamış, müxtəlif markalara aid 27 ədəd xəz dəri məmulatı tapılıb.

Faktla əlaqədar araşdırma işləri davam etdirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər