ABŞ və Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı möhkəmləndirəcək
ABŞ Azərbaycanla müdafiə və hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək niyyətindədir.
"Far.Az" xəbər verir ki, bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının mətnində qeyd olunub.
Bu baxımdan tərəflər:
- müdafiə məhsullarının tədarükü daxil olmaqla, müdafiə və hərbi-texniki əməkdaşlığın miqyasını genişləndirmək;
- terrorla mübarizəyə ümumi sadiqliyi nəzərə alaraq, bu sahədə mövcud əməkdaşlığı genişləndirmək;
- kibertəhlükəsizlik sahəsində potensialın artırılması və kritik infrastrukturun qorunması məqsədilə əməkdaşlıq etmək niyyətindədir.
Sənəddə qeyd olunur ki, Cənubi Qafqaz regionunda sülh Bakı və Vaşinqtonun ümumi maraqlarına cavab verir, Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq isə hər iki ölkəyə, eləcə də bütün regiona fayda gətirir.
Xartiyada Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı da yüksək qiymətləndirilir.
"Amerika Birləşmiş Ştatları Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfəni yüksək qiymətləndirir. Bu səylər çərçivəsində Azərbaycan hərbçiləri beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə amerikalı hərbçilər və koalisiya üzrə tərəfdaşlarla çiyin-çiyinə xidmət ediblər", - sənəddə qeyd olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəyanətkar İranın iç üzü: Bakının yaxşılığına yamanlıqla cavab verənlərin məqsədi
-
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub
-
Prezident: Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib
-
Serbiyanın XİN başçısı Balkanların Avropada sabitliyin sütunlarından biri ola biləcəyini düşünür
-
BMT-nin rezident-əlaqələndiricisi Azərbaycana təşəkkür edib
-
İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?













