İlhamə Quliyevanın bacısı qızı həbs edildi - 1 milyona yaxın pul alınıb...
Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənovanın cinayət işi üzrə bəzi faktlar üzə çıxıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində 18 nəfər zərərçəkən müəyyən edilib.
A.Həsənovanın onlara məxsus ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyənləşib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Nigar Həsənovanın həbs edilməsi ilə bağlı xəbər yayımlandıqdan sonra daha bir neçə nəfər "Qafqazinfo" ilə əlaqə saxlayaraq onların da pullarının adıçəkilən şəxs tərəfindən ələ keçirildiyini iddia ediblər. Bu əsasla zərərçəkmiş şəxslərin sayının və vurulmuş zərərin miqdarının artacağı da istisna edilmir.
Qeyd edək ki, Nigar Həsənova İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.
***10:14
Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib.
BAKU.WS Manset.az-a istinadən xəbər verir ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs edilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilir.
Qeyd edək ki, daha əvvəl Nigar Həsənovanın sahibkardan külli miqdarda qızıl-zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. O, İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.
Oxşar xəbərlər
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













