Azərbaycan nümayəndə heyəti COP31-ə hazırlıqla bağlı ilk strateji planlaşdırma görüşündə iştirak edib
Far.Az xəbər saytı

Azərbaycan nümayəndə heyəti COP31-ə hazırlıqla bağlı ilk strateji planlaşdırma görüşündə iştirak edib


Türkiyənin İstanbul şəhərində COP31-ə hazırlıqla bağlı Türkiyə, Azərbaycan, Braziliya, Avstraliya və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin nümayəndə heyətlərinin iştirakı ilə ilk strateji planlama iclası keçirilib.

"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclasda Azərbaycan nümayəndə heyətini xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Bundan əlavə, tədbirin açılışında Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev onlayn formatda iştirak və çıxış edib.

Tədbirdə COP31-in substantiv və logistik təşkili ilə bağlı Türkiyə tərəfinin hazırlığı və COP31-in sədri qismində Türkiyə ilə COP31-in danışıqlar prosesinə cavabdeh olan Avstraliya arasında əməkdaşlıq mexanizmi, eləcə də COP31-in uğurunun təmin edilməsi ilə bağlı müvafiq strategiyanın ilkin müzakirəsi baş tutub.

Eyni zamanda tədbir çərçivəsində COP30-da qəbul edilmiş qərar əsasında yaradılmış "Belem 1,5 Missiyası" adlı Troykanın (Azərbaycan, Braziliya və Türkiyə) cari il ərzindəki fəaliyyəti ilə bağlı planlar barədə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər