Cənubi Koreyanın HDQ rəhbəri hərbi vəziyyət tətbiqində iştirakına görə vəzifəsindən kənarlaşdırılıb
Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi admiral Kan Don Gil 2024-cü ilin sonunda sabiq prezident Yun Sok Yol tərəfindən hərbi vəziyyətin elan edilməsində iştirak ittihamı ilə vəzifəsindən kənarlaşdırılıb.
"Far.Az" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Kan bu vəzifəyə ötən ilin sentyabrında Li Çje Myon administrasiyası dövründə təyin edilmişdi.
Nazirlikdən bildirilib ki, cümə günü qəbul edilmiş qərardan sonra HDQ komandanı vəzifəsini komandanın müavini icra edəcək. Həmçinin əlavə edilib ki, Kan barəsində intizam tədbirlərinə baxılacaq.
Bundan əvvəl Cənubi Koreya Müdafiə Nazirliyinin hərbi vəziyyətin tətbiqinə kömək edən 180-ə yaxın hərbi qulluqçunu müəyyən etdiyi bildirilmişdi. İntizam tədbirləri ilə yanaşı, bu prosesdə əsas rol oynamış üç general və beş polkovnikə qarşı cinayət işi açılıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəyanətkar İranın iç üzü: Bakının yaxşılığına yamanlıqla cavab verənlərin məqsədi
-
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub
-
Prezident: Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib
-
Serbiyanın XİN başçısı Balkanların Avropada sabitliyin sütunlarından biri ola biləcəyini düşünür
-
BMT-nin rezident-əlaqələndiricisi Azərbaycana təşəkkür edib
-
İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?













