Milli Məclisin bir qrup deputatı Meksika Senatının sədri ilə görüşüb
Milli Məclisin bir qrup deputatı Meksika Senatının (parlamentin yuxarı palatası - red.) sədri Laura İtsel Kastilyo ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-Meksika Parlamentlərarası İşçi Qrupunun sədri Jalə Əliyeva və həmin qrupun üzvü Sevinc Fətəliyeva iştirak edib.
Qeyd olunub ki, görüş zamanı parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran təşəbbüslərin inkişaf etdirilməsi məsələləri müzakirə edilib, qanunvericilik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair qarşılıqlı iradə vurğulanıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İlber Ortaylı ilə vida mərasimi keçirilir
-
"Oskar" mükafatının qalibləri açıqlandı
-
İsraildə son 24 saat ərzində 142 nəfər xəstəxanaya yerləşdirilib
-
Aprelin beşində imtahan verəcək şagirdlərin NƏZƏRİNƏ - DİM AÇIQLAMA YAYDI













