Gürcüstan Dəmir Yolları: Rusiya ilə dəmir yolu əlaqəsinin bərpası gündəmdə deyil
Far.Az xəbər saytı

Gürcüstan Dəmir Yolları: Rusiya ilə dəmir yolu əlaqəsinin bərpası gündəmdə deyil


Gürcüstan Dəmir Yolları Rusiya ilə Gürcüstan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı yayılan məlumatları təkzib edib.

"Far.Az"un Gürcüstan bürosunun məlumatına görə, qurumdan bildirilib ki, Rusiya ilə dəmir yolu əlaqəsinin, o cümlədən Abxaziya ərazisindən keçən marşrutun bərpası ilə bağlı heç bir müzakirə aparılmır və bu mövzunun gündəmə gətirilməsinin səbəbi onlara məlum deyil.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya mediasına verdiyi açıqlamada Qafqazda zədələnmiş nəqliyyat marşrutlarının, o cümlədən Rusiya ilə Gürcüstan arasında Abxaziya üzərindən dəmir yolu xəttinin bərpası imkanları üzərində iş aparıldığını bildirmişdi.

Gürcüstan Dəmir Yolları isə bu bəyanata cavab olaraq vurğulayıb: "Gürcüstan Dəmir Yollarında Rusiya ilə Gürcüstan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı heç bir söhbət getmir. Bu səbəbdən məsələnin niyə gündəmə gətirildiyi bizim üçün tam aydın deyil".

Qeyd edək ki, Abxaziya üzərindən keçən dəmir yolu marşrutu Gürcüstanın ərazi bütövlüyü və Rusiya-Gürcüstan münasibətlərində mövcud siyasi gərginlik fonunda xüsusi həssaslıq daşıyan mövzu hesab olunur.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər