Gürcüstanda 6 ildən köhnə avtomobillərə qoyulan qadağa tranzit və reeksporta şamil olunmayacaq
Gürcüstanda 2026-cı il aprelin 1-dən M1 kateqoriyasına aid 6 ildən artıq yaşı olan minik avtomobillərinin qeydiyyatına tətbiq ediləcək məhdudiyyət yalnız daxili qeydiyyat proseduruna aid olacaq və beynəlxalq tranzit, reeksport və ixrac əməliyyatlarını əhatə etməyəcək.
Bu barədə "Far.Az"un Gürcüstan bürosunun sorğusuna cavab olaraq ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirib.
Qeyd olunub ki, göstərilən tarixdən etibarən yaşı 6 ildən çox olan M1 kateqoriyalı avtomobillərin həm ilkin, həm də müvəqqəti qeydiyyatı qadağan ediləcək. Bu kateqoriyaya tam kütləsi 5 tondan artıq olmayan, sərnişinlərin və onların baqajının daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələri daxildir.
Nazirlikdən vurğulanıb ki, məhdudiyyət elektromobillərə şamil olunmur və onların istehsal ilindən asılı olmayaraq qeydiyyatı mümkün olacaq. Eyni zamanda, avtomobil idxal edilərək ölkədə qeydiyyata alınmırsa, eləcə də reeksport, tranzit və ixrac üçün nəzərdə tutulubsa, qadağa tətbiq edilməyəcək.
Bundan başqa, artıq Gürcüstanda qeydiyyatda olan nəqliyyat vasitələrinə, həmçinin 2026-cı il aprelin 1-dək ölkəyə idxal edilmiş avtomobillərə də məhdudiyyət aid edilməyəcək.
Qurumdan o da bildirilib ki, tranzit daşımaları ilə bağlı əlavə icazələrin, rüsumların və ya xüsusi mexanizmlərin tətbiqi planlaşdırılmır. Mövcud prosedurlar dəyişməz qalacaq və bu kateqoriyaya daxil olan avtomobillərə əlavə məhdudiyyətlər qoyulmayacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəyanətkar İranın iç üzü: Bakının yaxşılığına yamanlıqla cavab verənlərin məqsədi
-
Prezident: Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib
-
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub
-
Serbiyanın XİN başçısı Balkanların Avropada sabitliyin sütunlarından biri ola biləcəyini düşünür
-
İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək
-
İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?













