İsveçin Baş naziri: Aİ-ABŞ münasibətləri pisləşib
Far.Az xəbər saytı

İsveçin Baş naziri: Aİ-ABŞ münasibətləri pisləşib


Aİ-nin ABŞ ilə münasibətləri pisləşib.

"Far.Az"un məlumatına görə, İsveçin Baş naziri Ulf Kristersson bunu Münhen Təhlükəsizlik Konfransında iştirak etməzdən əvvəl "X" sosial şəbəkəsində yazıb.

"Transatlantik münasibətlər dəyişib. Bu faktdır. ABŞ həyatımız boyu Transatlantik təhlükəsizliyin və rifahın dayağı olub. İndi Avropaya qarşı tamamilə fərqli ritorika ilə qarşılaşırıq və münasibətlərimizin zərər gördüyünü dürüstlüklə etiraf etməliyik", - o qeyd edib.

Bununla yanaşı, Baş nazir vurğulayıb ki, Aİ ABŞ ilə münasibətlərindən imtina etməməli, əksinə Avropa daha müstəqil olmalı və digər tərəfdaşlarla əməkdaşlıq etməlidir.

Onun sözlərinə görə, indi Avropanı daha rəqabətli etmək üçün irəli getməyin vaxtıdır: vahid bazarda maneələrin aradan qaldırılmasından və bürokratiyanın azaldılmasından tutmuş qlobal ticarətin və iqtisadi təhlükəsizliyin artırılmasına qədər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər