Azərbaycanlı idmançılar Batumidə "Grand Bellagio Championship" beynəlxalq turnirində çıxış edəcəklər
Sabah Gürcüstanın Batumi şəhərində "Grand Bellagio Championship" beynəlxalq turniri keçiriləcək.
"Report"un yerli bürosu xəbər verir ki, turnirdə müxtəlif çəki dərəcələrində 10 döyüşün keçirilməsi planlaşdırılır.
Yarışda Azərbaycan, Gürcüstan, Özbəkistan, Portuqaliya, Türkiyə, İsrail, Braziliya, Qazaxıstan və İsveçdən olan idmançılar qüvvələrini sınayacaqlar.
Döyüş gecəsi öncəsi ənənəyə uyğun olaraq idmançılar arasında "face to face" mərasimi də keçirilib.
Döyüş gecəsində Azərbaycan və Gürcüstanı beynəlxalq arenalarda təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu Alim Nəbiyev braziliyalı rəqibi ilə qarşılaşacaq.
Alim Nəbiyev "Report"un Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Batumidə keçiriləcək beynəlxalq turnir onun üçün xüsusi əhəmiyyət daşıyır və o, azarkeşlərin etimadını doğrultmağa çalışacaq.
Bundan başqa, Azərbaycanı Elvin Kamilli və Tural Əsgərov da təmsil edəcək. 27 yaşlı Tural Əsgərov indiyədək keçirdiyi döyüşlərdə 4 qələbə qazanıb və 3 dəfə məğlub olub.
Turniri izləmək üçün Azərbaycandan bir sıra tanınmış idmançılar, məşqçilər, eləcə də Azərbaycanın Gürcüstandakı səfirlik və konsulluq nümayəndələri və icma təmsilçiləri Batumiyə səfər edəcəklər.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səbinə Əliyeva vətəndaşları qəbul edib
-
Fərid Axundov: "Bakı Fond Birjası" transformasiya mərhələsindədir"
-
IEA: Azərbaycanın yanvarda "OPEC+" kvotasından geri qalması gündəlik 90 min bareli üstələyib
-
Azərbaycan neftinin qiyməti 70 dollara düşüb
-
ŞKTR Prezidenti: Ada ilə bağlı prosesin sonsuz müzakirəyə çevrilməsini əngəlləmək istəyirik
-
Bakı-Qazax magistralında qorxulu anlar: Yük maşını aşdı - VİDEO













