Hoteldə meyiti tapılan şəxs TANINMIŞ HƏKİM imiş
Far.Az xəbər saytı

Hoteldə meyiti tapılan şəxs TANINMIŞ HƏKİM imiş


Qusarda meyiti tapılan şəxs həkim imiş.

Far.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, onun manual terapevt Boris Aleksandroviç Merzlyakov olduğu deyilir.

Qeyd olunur ki, Boris Merzlyakov Azərbaycanda bir sıra özəl xəstəxanalarda çalışıb.

Hoteldə meyiti tapılan şəxs TANINMIŞ HƏKİM imiş

***

Fevral ayının 13-də günorta saat 14 radələrində Qusar rayonu ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərindən birində Ukrayna vətəndaşı, 1957-ci il təvəllüdlü Boris Merzlyakovun cəsədi aşkar edilib.

Far.Az Bizim.Media-ya istinadən xəbər verir ki, meyitə baxış keçirilən zaman onun üzərində hər hansı zorakılıq izləri müəyyən edilməyib.

Mərhumun ölümünün dəqiq səbəbi hələlik məlum deyil.

Məlumat üçün bildirək ki, hadisə rayonun Çiləgir kəndində yerləşən "Chateau" hotelində qeydə alınıb.

Xatırladaq ki, 2018-ci ildə millət vəkili Astan Şahverdiyev də məhz adıçəkilən hoteldə ürək çatışmazlığından həyatını itirmişdi. Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər