Armen Qriqoryan Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Ermənistana səfər edən Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından bildirilib.
"Qriqoryan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayıb və vurğulayıb ki, bu formatda ikitərəfli əlaqələr qarşılıqlı etimadın möhkəmlənməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynayır", - məlumatda deyilib.
Qeyd olunub ki, tərəflər sülh prosesini, regional kanalların blokadadan çıxarılması nəticəsində yaranacaq iqtisadi imkanları, həmçinin Ermənistan-Azərbaycan münasibətlərinin cari inkişaf dinamikasını müzakirə ediblər.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İlber Ortaylı ilə vida mərasimi keçirilir
-
"Oskar" mükafatının qalibləri açıqlandı
-
İsraildə son 24 saat ərzində 142 nəfər xəstəxanaya yerləşdirilib
-
Aprelin beşində imtahan verəcək şagirdlərin NƏZƏRİNƏ - DİM AÇIQLAMA YAYDI













