Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb
Far.Az xəbər saytı

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb


Builki Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.

Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, sözügedən qərar Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə xaricdə və bölgələrdə yaşayan Azərbaycan vətəndaşlarının çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.

"Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq", - V. Cahangiri bildirib.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
QMİ Həccə gedəcək zəvvarlara növbəti çağırış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər