Ögey anasına hücum edərək soyğunçuluq törədən şəxs barədə QƏRAR VERİLDİ
Gəncə Apellyasiya Məhkəməsində soyğunçuluq əməlində ittiham olunan İntiqam Amalovun (adı və soyadı şərtidir) barəsində çıxarılan hökmdən verilmiş apellyasiya şikayətinə baxış iclası yekunlaşıb.
BAKU.WS Pravda.az-a istinadən bildirir ki, hakim Salman Hüseynovun sədrliyi ilə baş tutan məhkəmə iclasında yekun qərar açıqlanıb.
Məhkəmənin qərarına əsasən, verilən apellyasiya şikayəti təmin olunmayıb.
İstintaq materiallarına görə, İntiqam Amalov özgə əmlakını açıq şəkildə talamaq niyyəti ilə 2025-ci il iyunun 22-də səhər saat 7 radələrində ögey anası - Tərtər rayonunun Səhləbad kənd sakini, zərərçəkmiş Zəminə Poladovanın (adı və soyadı şərtidir) fərdi yaşayış evinə gəlib. Evə gec gəlməsi səbəbindən ona irad tutan qadınla təqsirləndirilən şəxs arasında münaqişə baş verib. Mübahisə gedişatında o, ögey anasının ağzını əli ilə qapayaraq onu yerə yıxıb, daha sonra boğazından tutaraq sıxıb. Nəticədə İntiqam Zəminə Poladovaya onun boynunun aşağı üçdəbir hissəsinin sağ və sol yan səthlərində sıyrıqlar, sol sağrı nahiyəsinin xarici səthində qançır xəsarətləri yetirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, sözügedən xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcə təyin olunmayıb.
Bundan sonra təqsirləndirilən şəxs zor tətbiq etməklə əvvəlcə zərərçəkmişin qulağındakı İtaliya istehsalı olan, 583 əyyarlı və ümumi dəyəri 405 manat olan bir cüt qızıl sırğanı, ardınca isə ağzındakı hər biri bir qram çəkidə, 110 manat dəyərində, 583 əyyarlı, Rusiya istehsalı olan 20 ədəd qızıl dişdən ibarət, ümumi dəyəri 2 200 manatlıq protezi çıxarıb. O, ümumilikdə 2 605 manatlıq əmlakı açıq talama yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıb.
Tərtər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs günahkar bilinərək dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan İntiqam apellyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Zərərçəkmiş Laçın sakini: İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb













